Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir.

24.07.2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 1 nömrəli Doğum Evində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Səhiyyə Şöbəsi arasında razılaşdırılmış Tədbirlər planına əsasən şəhərin səhiyyə ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hallar zamanı  davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, hadisələr zamanı tibb işçilərinə xilasedicilərlə birgə fəaliyyətin aşılanması olunmuşdur.

Tədbirdə Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin  tibbi personalı iştirak etmişlər.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”  ” mövzularında çıxışlar etmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş olunmuşdur. Sonda tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu