Geri

FHN Şimal Regional Mərkəzi Qusar rayonunda “Yanğın təhlükəsizliyi və su hövzələrində təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 iyul 2013-cü il tarixində Qusar Rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində yay mövsümü ilə əlaqədar baş verə biləcək “Yanğın təhlükəsizliyi və su hövzələrində təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd yay mövsümü ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi, habelə su hövzələrində, çimərliklərdə istirahət edərkən təhlükəsizlik qaydalarının və suda boğulmalar zamanı əhaliyə davranış qaydalarının aşılanması olmuşdur.

Tədbirdə icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat və Qusar şəhər sakinləri iştirak etmişlər.

Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, Şimal Regional Mərkəzinin regionda fəaliyyəti, “112” qaynar xətti, təbii və texnogen xarakterli fövqəladə halların baş verməsində insan amilinin rolu və bu hadisələr baş verərkən əhalinin davranış qaydaları, yanğın təhlükəsizliyi qaydaları meşə yanğınlarının baş vermə səbəbləri, yanğınların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında əhali ilə qarşılıqlı fəaliyyət, zəlzələdən qabaq və sonra davranış qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat vermişlər.

Tədbirin sonunda Mərkəzin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu