Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

27 iyun 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzində “Su hövzələrində insanların təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma təlimatları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verilmişdir.

Tədbirdə daha sonra Mərkəzin əməkdaşı “Su hövzələrində insanların təhlükəsizliyi” və “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxış etmişdir.

Sonda mövzu ilə bağlı bukletlər paylanılmış və videoçarx nümayiş olunmuşdur.

Yekun olaraq tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu