Geri

FHN Şimal-qərb Regional Mərkəzi Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə Qəbələ rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşlarının iştirakı ilə əkin və biçənək sahələrinin yanğından mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirini 28 iyun 2013-cü il tarixində Qəbələ rayonunun Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyində keçirmişdir. Tədbirə Bunud, Seyidqışlaq, Həzrə, Nohurqışlaq, Tüntül, Əmirvan kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədr və üzvləri, əkinçilik fəaliyyəti ilə məşğul olan sahibkarlar cəlb olunmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları son dövrlərdə dünyanın qlobal problemi olan təbii və insan faktoru nəticəsində yaranan meşə yanğınları, həmçinin, dənli və texniki bilgilərin yığılması, daşınması və emalı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı Azərbaycanda baş vermiş yanğınlar və onların başvermə səbəbləri, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə ətraflı çıxışlar etmişlər.

Daha sonra qeyd olunmuşdur ki, taxıl və biçənək sahələrinin bəzi hissələri strateji əhəmiyyətə malik olan elektrik hava verilişi xətlərinin qoruq zonasında yerləşir. Bəzi hallarda elektrik xətlərində baş verən nasazlıq üzündən sahələrdə yanğınların baş verməsi ilə yanaşı, bəzi hallarda da təsərrüfat sahibləri biçin qurtaran kimi öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Yaranan güclü alov nəticəsində isə yuxarıda qeyd olunan hava elektrik verilişi xətlərində zədələnmə, qısaqapanma və qəzalar baş verir. Bu halların qarşısının alınması üçün bütün texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və bu sahədə fəaliyyət göstərən insanların daim maarifləndirilməsi olduqca vacib məsələdir. Tədbirdə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək də geniş müzakirə obyekti olmuşdur.

Sonra tədbir iştirakçıları ilə ərazidə mövcud vəziyyət və mövzu ilə əlaqədar görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu