Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi  Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə əkin və biçənək sahələrinin yanğından mühafizəsi ilə bağlı növbəti  maarifləndirmə tədbirlərini Qəbələ rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşlarıının iştirakı ilə 14 iyun 2013-cü il tarixində Savalan kənd İnzibati Ərazi Nümayəndəliyində Beyli və Quşlar kənd İnzibati Ərazi nümayəndəliklərinin iştirakı ilə, 21 iyun 2013-cü il tarixində Nic qəsəbə İnzibati Ərazi Nümayəndəliyində isə Bum qəsəbə və Dızaxlı, Mirzəbəyli, Tikanlı kənd İnzibati Ərazi nümayəndəliklərinin iştirakı ilə keçirmişdir.

Tədbirlərə kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və üzvləri, ərazidə əkinçiliklə məşğul olan sahibkarlar cəlb olunmuşdur.

Tədbirlərdə Mərkəzin əməkdaşları son dövrlərdə dünyanın qlobal problemi olan təbii və insan faktoru nəticəsində yaranan meşə yanğınları, həmçinin dənli və texniki bitgilərin yığılması, daşınması və emalı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında,  Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı Azərbaycanda baş vermiş yanğınlar və onların başvermə səbəbləri haqqında, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə ətraflı çıxışlar etmişlər.

Sonra qeyd olunub ki, taxıl və biçənək sahələrinin bəzi hissələri strateji əhəmiyyətə malik olan hava elektrik verilişi xətlərinin qoruq zonasında yerləşir. Bəzi hallarda elektrik xətlərində baş verən nasazlıq üzündən sahələrdə yanğınların baş verməsi ilə yanaşı, bəzi hallarda da təsərrüfat sahibləri bir qayda olaraq biçin qurtaran kimi öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Yaranan güclü alov nəticəsində isə yuxarıda qeyd olunan hava elektrik verilişi xətlərində zədələnmə, qısaqapanma və qəzalar baş verir. Hər iki halın qarşısının alınması üçün bütün texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və bu sahədə fəaliyyət göstərən insanların daim maarifləndirilməsi olduqca vacib məsələdir.

Sonra tədbir iştirakçıları ilə ərazidə olan mövcud vəziyyət və mövzu ilə əlaqədar ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu