Geri

FHN Cənub Regional Mərkəzi “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolunun artırılması yolları” mövzusunda dəyirmi masa keçirmişdir

20 iyun 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Mərkəz tərəfindən “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolunun artırılması yolları” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd regionda fəaliyyət göstərən icra nümayəndələri və bələdiyyələr tərəfindən təmsil etdikləri ərazidə baş verməsi gözlənilən təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında onlara yardım edilməsi və bu istiqamətdə Mərkəzin rolunun gücləndirilməsi olmuşdur.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranma zərurəti” mövzusunda çıxış edən FHN-in Cənub Regional Mərkəz rəisinin müavini polkovnik-leytenant Maarif Nadirov Fövqəladə Hallar Nazirliyinin yaranma zərurəti, struktur bölmələri, fəaliyyət istiqamətləri, nazirliyin fəaliyyətini təşkil edən hüquqi-normativ sənədlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonra “FHN-in Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda çıxış edən Mərkəz əməkdaşı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, su obyektlərinin, hidrotexniki qurğuların, yüksək gərginlikli elektrik hava ötrücü xətlərinin, yanacaq və maye qazdoldurma məntəqələrinin, su və qaz kəmərlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması haqqında kənd və qəsəbələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətlərində Mərkəz ilə yerli icra nümayəndələri və bələdiyyələr arasında sıx qarşlıqlı əlaqələrin vacibliyindən danışmışdır.

“Sularda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və insanların təhlükəsizliyinin təmin edilməsi” və “2013-cü ilin ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilmsi” haqqında mövzularda çıxış edən Mərkəz əməkdaşı 2013-cü il ilə 2012-ci ilin müvafiq dövrü ərzində Mərkəzin xidməti ərazisndə baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində görüləcək işlər barədə ətraflı məlumat vermiş, eləcə də Mərkəzin dislokasiya ərazisində baş vermiş yanğın hadisələrinin təhlilini aparmış, yanğın hadisələrinin səbəblərini faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırmış və baş verə biləcək yanğın-partlayış hadisələrinin qarşısının alınması istiqamətində təkliflər irəli sürmüşdür.

Tədbir zamanı “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!” mövzularında hazırlanmış vərəqə və broşürlər paylanmış, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlər ilə bağlı fotoslaydlar tədbir iştirakçılarına göstərilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu