Geri

FHN Şimal Regional Mərkəzi ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Şimal şöbəsi məşğələlər keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Şimal şöbəsi arasında fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində 20 iyun 2013-cü il tarixində Xaçmaz şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Şimal şöbəsində tədbir keçirilmişdir.

Tədbirə Şimal Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının qüvvə və vasitələri cəlb edilmişdir.

Tədbir iştirakçılarına Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii və texnogen mənşəli fövqəladə hallardan qorunma qaydaları, yanğın, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilmişdir.

Tədbirin praktiki hissəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Şimal şöbəsinin məşğələlərə cəlb edilmiş şəxsi heyəti Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən yanğından mühafizə qaydaları üzrə təlimatlandırılmış, onlara yanğın zamanı hərəkət qaydaları, yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə vasitələri, Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasediciləri tərəfindən xilasetmə alət və avadanlıqları, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən isə ilkin tibbi yardımın necə göstərilməsi nümayiş olunmuşdur.

Şəxsi heyət qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə zəruri məlumatlarla tanış edildikdən sonra onlar tərəfindən ünvanlanmış suallar ətraflı cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu