Geri

FHN Cənub Regional Mərkəzi “Ən yaxşı xilasetmə qrupunun və ən yaxşı xilasedicinin müəyyən edilməsi” üzrə yarış keçirmişdir

19 iyun 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin inzibati ərazisində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri ilə “Ən yaxşı xilasetmə qrupunun və ən yaxşı xilasedicinin müəyyən edilməsi” üzrə yarış keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd Mərkəzin xüsusi xilasetmə hissəsinin əməkdaşlarının döyüş hazırlığnın və peşə qabiliyyətinin artırılması, xüsusi xilasetmə alət və avadanlıqlarının qısa vaxt ərzində işlək vəziyyətə gətirilməsi, onlardan daha tez,  düzgün və təhlükəsiz istifadə olunmasından ibarət olmuşdur.

Yarışa Mərkəzin Xüsusi xilasetmə hissəsinin şəxsi heyəti, bir ədəd “Mersedes Sprinter” markalı xüsusi xilasetmə avtomobili, tibbi, alpinist, xüsusi xilasetmə alət və avadanlıqları cəlb edilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışda xilasetmə növbələrinin şəxsi heyətinin nizam-intizamı və şəxsi davranışları qiymətləndirilmiş, şəxsi heyətin peşəkar hazırlıq fənləri, eləcə də ümumqoşun nizamnamələri və digər normativ-hüquqi sənədlər üzrə nəzəri bilikləri yoxlanılmış, şərti döyüş həyəcanı ilə xilasetmə qruplarının ayrı-ayrılıqda hadisə yerinə xüsusi xilasetmə avtomobili ilə çıxışları həyata keçirilmiş, xilasedicilər tərəfindən hadisə yerində xüsusi xilasetmə alət və avadanlıqlarından düzgün istifadə qaydalarının mənimsənilməsi yoxlanılmışdır.

Sonda yarışın nəticələrinin qiymətləndirilməsi məqsədilə Mərkəzdə yaradılmış münsiflər heyəti tərəfindən hər bir təmrin ayrılıqda qiymətləndirilmiş, yarış ərzində bütün təmrinləri daha tez, təhlükəsiz və düzgün icra edən xilasetmə qrupu və ən yaxşı xilasedici yarışın qalibi elan olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu