Geri

FHN Sumqayıt Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir

14 iyun 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumların əməkdaşları iştirakı etmişdir. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. “Milli Qurtuluş günü xalqımızın şərəf tarixidir”, “Azərbaycanın inkişafında Heydər Əliyevin rolu” mövzularında çıxış edən natiqlər müdrik siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz və xalqımız üçün gördüyü işlərdən, onun yürütdüyü siyasət nəticəsində əldə olunan uğurlardan danışmışlar. Qeyd olunmuşdur ki, 1993-cü il 15 iyul tarixində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımızın və dövlətimizin qurtuluşu olmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu