Geri

FHN-in Akademiyasında fövqəladə hallar sahəsində tədris prosesinin təşkil olunması mövzusunda seminar keçirilmişdir

29-31 may 2013-cü il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) proqramı çərçivəsində fövqəladə hallar sahəsində tədris prosesinin təşkil olunması mövzusunda seminar keçirilmişdir.

TAIEX proqramının ekspert missiyası üzrə həyata keçirilən seminarı Fransa Daxili İşlər Nazirliyinin Drome regionu üzrə yanğınsöndürmə və xilasetmə xidmətinin direktoru polkovnik Olivier Bolzinger aparmışdır.

Qonaq Fransanın mülki müdafiə sistemi və böhran vəziyyətlərində idarəetmə sahələri üzrə tədris prosesinin təşkili, Fransa Ali Zabit Məktəbinin maddi-texniki bazası, fövqəladə halların idarə olunması sahəsində mövcud tədris standartları, interaktiv təlimə əsaslanan yeni metodlar, böhran vəziyyətlərində idarəetmə üzrə Avropa Birliyinin tətbiq etdiyi metodlar və digər müvafiq sahələr üzrə Avropa təcrübəsini seminar iştirakçıları ilə paylaşmışdır. Seminarda, həmçinin,
axrarış-xilasetmə tədbirləri, Avropa Birliyi ölkələri arasında mülki müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə məruzələr dinlənilmişdir.

Tədbir çərçivəsində fransalı ekspertlə Akademiyanın ekspertləri arasında müvafiq tədris-təlim proqramlarının hazırlanmasına dair elmi-metodoloji aspektlər üzrə Avropa qanunvericiliyi barəsində müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Tədbirdə nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri də iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu