Geri

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzi “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 30 may 2013-cü il tarixində Sumqayıt Regional Mərkəzinin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir.

Müşavirədə Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları çimərliklərə məsul olan qurumların gördüyü işlərdən danışmış, eyni zamanda, Xəzərin Sumqayıt ərazisindəki sahil zolağında Xidmətin aidiyyəti qurumlarla birgə keçirdiyi monitorinqlərin nəticələri müzakirə olunmuş və çimərlik ərazilərində mövcud problemlərin aradan qaldırılması üçün birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, həmçinin, monitorinq zamanı çəkilmiş fotoşəkillər və DSXX-nin fəaliyyəti haqqında videoçarx nümayiş olunmuşdur.

Müşavirədə şəhərin aidiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu