Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

27 may 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) Şəki rayon Oxut kənd orta məktəbində praktiki tədbir keçirmişdir.

Tədbirdə məktəbdə şərti olaraq zəlzələ və yanğın hadisəsi törədilmiş və bu hadisələr zamanı müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyyə və ümumilikdə məktəb kollektivinin baş verə biləcək fövqəladə hadisələrə necə hazır olduqları müəyyənləşdirilmiş, həmçinin, bu sahədə zəruri məlumatlar çatdırılmışdır.

Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu