Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktik tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” devizi altında may ayının 24-də Yasamal rayonundakı 1 №-li Bakı Tibb Kollecində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin Bakı Regional Mərkəzindən başqa, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları kollecin tələbələri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və sairlə bağlı ətraflı məlumat vermişlər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə sənədli film nümayiş olunmuşdur.

Tədbirin gedişində kollecin tələbəsinin hazırladığı ulu öndər Heydər Əliyevə həsr olunmuş kompozisiya alqışlarla qarşılanmışdır.

Tədbir kollecin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir.  Mərkəzin “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Tibb Xidmətinin və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən isə maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, həmçinin, təlim keçmiş itlər tərəfindən partlayıcı qurğunun axtarışı və tapılması tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbirin sonunda Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən hündürmərtəbəli binalarda təhlükədə qalmış insanların xilas edilməsi ilə bağlı xilasetmə əməliyyatları nümayiş olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu