Geri

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları 22 may 2013-cü il tarixində Biləsuvar Rayon Mədəniyyət mərkəzində dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları, yerli bələdiyyə, icra nümayəndələri və iri təsərrüfat sahibləri iştirak etmişlər.

Muğan Regional Mərkəzinin əməkdaşı meşə təsərrüfatı, meşələrin təbiətdə rolu, meşələrin qırılması nəticəsində baş verə biləcək fövqəladə hallar və son dövrlərdə dünyanın qlobal problemi olan təbii və antropogen təsir nəticəsində yaranan meşə yanğınları, onların baş verməsi səbəbləri və yanğın zamanı görüləcək ilkin davranış qaydaları və gələcəkdə belə yanğınların qarşısının alınması üçün hər bir vətəndaşın ətraf mühitlə davranış qaydaları haqqında məlumat vermişdir. Həmçinin, taxıl yığımı zamanı və yığımdan əvvəl görüləcək yanğın təhlükəsizliyi tədbirləri haqqında geniş məlumat verilmişdir. Tədbir iştirakçılarına son dövrlərdə dünyada və Azərbaycanda baş vermiş yanğınlar və onların baş vermə səbəbləri haqqında ümumiləşdirici məlumat verildikdən sonra yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə ətraflı çıxışlar edilmişdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu