Geri

FHN Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirələrə başlamışdır

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 23 may 2013-cü il tarixində Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətində FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirmişdir.

Müşavirədə FHN Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra nümayəndəliyi və bələdiyyəsinin, mənzil istismar sahələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişdir.  

Tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşı “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatlar çatdırmışlar. Çıxışlar zamanı müşavirədən əvvəl Regional Mərkəzin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Hövsan Bələdiyyəsinin, eləcə də Hövsan qəsəbə icra nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədilə keçirilən monitorinq zamanı çəkilən fotoşəkillərin köməyi ilə mövcud vəziyyət tədbir iştirakçılarına çatdırılmışdır.

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı tərəfindən “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Suraxanı rayon 11 saylı Təcili tibbi yardım stansiyasının həkimi tərəfindən “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Suraxanı rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşı tərəfindən “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında mühazirələrlə çıxışlar dinlənilmişdir.

Tədbirin gedişində Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu