Geri

FHN Bakı Regional Mərkəzi ağacəkmə aksiyası keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı növbəti tədbir keçirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları paytaxtın Nizami rayonunun ictimaiyyət nümayəndələri ilə birgə iməciliyə toplaşmışlar. Nizami rayonu ərazisində Məmmədəli Şərifli küçəsi, 76 ünvanında yerləşən sahəsi 0,5 hektar olan yaşıllıq sahəsində keçirilən iməcilik 2013-cü il aprel ayının 27-də baş tutmuşdur.

Ulu öndərin 90 illik yubileyi münasibətilə “90 ədəd xan çinarı əkək!” şüarı altında keçirilən iməcilik böyük ruh yüksəkliyi şəraitində, yerli sakinlərin səmimi dəstəyi ilə baş tutmuşdur.

Qısa müddət ərzində ərazi məişət tullantılarından və alaq otlarından təmizlənmiş və təmizlənmiş ərazidə sözügedən 90 ədəd xan çinarı əkilmişdir.

Ağaclar dərhal suvarılmış və gübrələnmişdir.

Mərkəzin bir qrup əməkdaşı asudə vaxtlarında mütəmadi olaraq əraziyə gəlib ağaclara qulluq etmək təşəbbüsü ilə çıxış etmişlər.

Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri isə əraziyə su xəttinin çəkiləcəyini bildirmişlər.

FHN Bakı Regional Mərkəzinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirləri davam edir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu