Geri

FHN Sumqayıt Regional Mərkəzi “Heydər Əliyev – xalqın xilaskarı!” mövzusunda tədbir keçirmişdir

26 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev – xalqın xilaskarı!” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Sumqayıt-Abşeron Regional Dövlət Tikinti Müfəttişliyinin, Sumqayıt Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin rəhbər heyəti, Xızı Rayon İcra Hakimiyyətinin və digər yerli dövlət qurumlarının əməkdaşları iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Xızı rayonunda yerləşən abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ulu öndərin həyat və fəaliyyəti barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonra çıxış edənlər 10 mayın xalqımız üçün əlamətdar bir gün olduğunu və gələcək nəsillərin bu günü bayram kimi qeyd etmələrinin vacibliyini vurğulamış, “Heydər Əliyev - zamanın fövqündə dayanan lider!” mövzusunda və Heydər Əliyevin liderlik keyfiyyətləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişlər.

Sumqayıt Regional Mərkəzinin əməkdaşı “Heydər Əliyev - əbədiyaşar öndər!” mövzusunda çıxışında ulu öndərin Azərbaycançılıq ideyalarından və ordu quruculuğu sahəsindəki fəaliyyətindən geniş məlumat vermişdir. Xızı rayon Yeni Yaşma kənd orta məktəbin müəlliməsi öz çıxışında ümummilli liderin təhsil siyasəti barəsində, Xızı rayon Mərkəzi xəstəxanasının həkimi isə səhiyyə sahəsində ulu öndərin həyata keçirdiyi islahatlar haqqında geniş məlumatlar vermişlər. Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyatından bəhs edən “Ali sevgi” sənədli film nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu