Geri

FHN Cənub Regional Mərkəzi Astara şəhərində maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 25 aprel 2013-cü il tarixində Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin Astara rayon Dövlət Yanğından Mühafizə hissəsi ilə birgə Astara şəhər R.Camalov adına 7 nömrəli və F.Əliyarov adına 6 nömrəli orta məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusu çərçivəsində maarifləndirmə tədbirləri keçirmişdir.

Həyata keçirilən təbliğat xarakterli tədbirlərdə Astara rayon Təhsil şöbəsinin nümayəndələri, 6 və 7 nömrəli orta məktəblərin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak etmişdir.

Çıxış edən natiqlər dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, çətin tarixi sınaqlara məruz qalmış müstəqil Azərbaycan Respublikasının taleyində oynadığı əvəzedilməz rolu, azərbaycanlı gənclərin formalaşması, ixtisaslaşması və müxtəlif sahələrdə layiqincə təmsil olunması sahəsində gördüyü işlər barədə ətraflı məlumat vermişlər.  

Astara rayon Təhsil şöbəsinin nümayəndələri və məktəb rəhbərləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tərtib edilmiş Tədbirlər Planına əsasən respublikamızın bütün idarə, müəssisə və təşkilatlarında ulu öndərin həyat və fəaliyyəti ilə bağlı keçirilən silsilə tədbirlərin vacibliyini və bu sahədə görülən işlərə yüksək qiymət verdiklərini bildirmişlər.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətin maarifləndirilməsi məqsədilə “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?” və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəblərin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu