Geri

FHN Bakı Regional Mərkəzi paytaxtın Yasamal RİH-nin bazasında ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirmişdir

Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 2013-cü il mart ayının 29-da Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin bazasında Dəyirmi masa keçirmişdir. Əlamətdar haldır ki, tədbir Bakıda ilk olaraq Yasamal rayonunda inşa edilmiş Heydər Əliyev Mərkəzində təşkil edilmişdir.

Dəyirmi masadan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş fotoekspozisiyanı və FHN Bakı Regional Mərkəzinin sosial fotosərgisini seyr etmiş, Mərkəzin Xatirə kitabında ürək sözlərini yazmışlar.

Dəyirmi masanın işində FHN Aparatı və qurumlarının nümayəndələri, Bakı şəhəri və rayonlarının Fövqəladə Hallar komissiyalarının sədrləri Bakı şəhəri üzrə enerji, qaz və su təchizatı xidmətlərinin rəhbərləri, FHN Bakı Regional Mərkəzinin rəhbər heyəti iştirak etmişlər.

Tədbirdə nümayiş etdirilmiş interaktiv təqdimatda 2011-2012-ci illər ərzində paytaxt ərazisində baş vermiş fövqəladə hallar və onların nəticələri barədə statistik məlumatların ətraflı müqayisəli təhlili verilmiş, təhlillər müvafiq diaqramlarla müşayiət olunmuşdur.

Daha sonra dəyirmi masa iştirakçılarına FHN-in fəaliyyəti barədə videoçarx nümayiş olunmuşdur.

Dəyirmi masa zamanı çıxışlarda 2012-ci ildə müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı görülmüş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər, fövqəladə hallar şəraitində idarəetmə məntəqələrinin mövcud vəziyyəti, bina zirzəmiləri və tüstübacaları ilə bağlı görülən işlər barədə məlumatlar dinlənilmiş, işgüzar fikir mübadiləsi aparılmışdır.

Bakı şəhər üzrə enerji, qaz və su təchizatı xidmətlərinin rəhbərləri görülən işlərdən, eləcə də mövcud problemlərdən və onların həlli yollarından danışmışlar.

Tədbirin sonunda dəyirmi masada səslənmiş problem və onların aradan qaldırılması məqsədilə təklif olunan tədbirlər ümumiləşdirilmiş və cari ildə həyata keçirilmək üçün tövsiyə olunmuşdur.

Dəyirmi masanın gedişində tədbir iştirakçılarına fövqəladə hallara hazırlıq sahəsindəki fəaliyyəti tənzimləyən normativ-hüquqi aktlardan ibarət elektron toplu xüsusi diskdə təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu