Geri

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi seminar-müşavirə keçirmişdir

29 март 2013-ci  il tarixində Sumqayıt şəhərində  Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi “Texniki təhlükəsizlik-aktual suallar” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə Sumqayıt regionunda yerləşən təhlükə potensiallı sənaye və dağ-mədən sahələri obyektlərində texniki təhlükəsizliyin vəziyyəti, yaranmış problemlər və onların həlli yolları və bu barədə Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmiş, texniki təhlükəsizlik sahəsində yaranmış problemlərin aradan qaldırılmasında dövlət qurumlarının birgə fəaliyyətinin və sahibkarların maarifləndirilməsinin vacib məsələlərdən biri olduğu vurğulanmışdır.

Daha sonra Аgentliyin əməkdaşları sənaye müəssisələrində texniki təhlükəsizliyin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədi ilə texniki təhlükəsizlik ekspertizalarının və diaqnostika işlərinin aparılmasının əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Seminar-müşavirədə iştirak edən Sumqayıt şəhəri, Abşeron və Xızı  rayonları İcra hakimiyyətlərinin nümayəndələri, həmin rayonların qaz istismar idarələrinin və böyük sənaye müəssisələrinin rəhbərləri öz çıxışlarında sənaye və dağ-mədən müəssisələrində yaranmış problemlər, problemlərin aradan qaldırılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının keçirdikləri birgə tədbirlər barədə yığıncaq iştirakçılarını məlumatlandırmışlar. Texniki təhlükəsizlik məsələləri ilə bağlı qaldırılan suallara Agentliyin məsul əməkdaşları tərəfindən aydınlıq gətirilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu