Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi martın 15-də əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyində Ağcabədi rayon Təhsil şöbəsinin pedaqoji kollektivi ilə “Yanğın təhlükəsizliyi qaydalarına hamımız əməl etməliyik“ mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Təbliğat xarakterli tədbirdə Mərkəz əməkdaşları ilə yanaşı, Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Ağcabədi rayon Təhsil şöbəsinin əməkdaşları və məktəb-liseyin kollektivi iştirak etmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd əhalini təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaq, eləcə də məişətdə, təhsil müəssisələrində elektrik avadanlıqlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək vərdişlərini aşılamaq olmuşdur. Tədbirdə Mərkəz əməkdaşları “Fövqəladə hal nədir? Fövqəladə hadisələrin xarakteristikası “, “Yanğın hadisələri, onların başvermə səbəbləri. Yanğın hadisələri zamanı davranış qaydaları“ və “112” qaynar xətti - təhlükəsizliyimizin qarantı kimi“ mövzularında çıxışlar etmişdir.

Sonra iştirakçılara “Qaz cihazları ilə düzgün davranış qaydaları“ mövzusunda hazırlanmış broşürlər paylanmış, suallar cavablandırılmışdır.

Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəz əməkdaşları və Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən təhsil müəssisəsinin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilmiş, qısa zaman ərzində yanğın hadisəsi törədə biləcək faktorların aradan qaldırılması üsulları haqda təhsil müəssisəsinin rəhbərliyinə məlumat verilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu