Geri

Yarışda güclülər qalib gəlir

8-10 mart tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ağırlıqqaldırma (“Power lifting”) üzrə Azərbaycan çempionatı keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşı Bəhruz Aydın oğlu Aslanov növbəti idman uğuruna imza atmışdır. 100 kq çəki dərəcəsində mübarizə aparan atlet 165 kiloqramı sinəsi üzərinə qaldırmışdır. Öz çəki dərəcəsində birinci olan idmançı diplom və qızıl medalla mükafatlandırılmışdır.

Xatırladaq ki, B.Aslanov bu il 21-22 fevral tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Fövqəladə Hallar Nazirliyinin qurumları arasında keçirilən yarışda iştirak edərək qələbə qazanmışdı. O, həmin yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu