Geri

FHN Dövlət Sularda Xilasetmə Xidməti Sumqayıt Regional Mərkəzində nəzəri tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti 14 mart 2013-cü il tarixində Sumqayıt Regional Mərkəzinin inzibati binasında Mərkəz əməkdaşlarının iştirakı ilə Xidmətin “Dəvəçi”, “Tağıyev”, “Sumqayıt”, “Corat” və “Novxanı” sularda xilasetmə məntəqələrinin əməkdaşları ilə tədris-metodiki toplantı keçirilmişdir. Tədris-metodiki toplantı təsdiq olunmuş tədris proqramına uyğun olaraq Xidmətin mütəxəssisləri tərəfindən keçirilmişdir.

Qeyd edək ki, tədbirin praktiki hissəsi 12-13 mart 2013-cü il tarixlərində sularda xilasetmə məntəqələrinin dislokasiya ərazilərində həyata keçirilmişdir.

Tədris-metodiki toplantının əsas məqsədi Хidmətin strukturunа dахil оlаn dаlğıc-ахtаrış qrupu, хilаsеtmə məntəqə, pоst rəisələrinə аşkаr оlunmuş nöqsаnlаrın аrаdаn qаldırılmаsı yоllаrı, regional mərkəzlərlə qarşılıqlı fəaliyyətin təşkili və növbəti çimərlik mövsümünə hаzırlıqlа əlаqədаr görüləcək işlərin daha da səmərəli şəkildə həyata keçirilməsi olmuşdur. Həmçinin, struktur bölmələrin əməkdаşlаrınа Хidmətin ümumi nizаm-intizаm və dаvrаnış qаydаlаrının аşılаnmаsı, sudа bədbəхt hаdisələrin qаrşısının аlınmаsı məqsədilə əhаli аrаsındа təbliğаt işinin аpаrılmаsı, hüquqi-nоrmаtiv sənədlərin öyrənilməsi, növbətçiliyin təşkili, təhkim еdilmiş хüsusi хilаsеtmə tехnikа və аvаdаnlıqlаrındаn, su аltınа еnmə vаsitələrindən mükəmməl istifаdə edilməsi, istismаrа hаzır vəziyyətdə sахlаnmаsı və tехniki rеqlаmеnt işlərinin аpаrılmаsı qaydalarının çatdırılması əsas məqsədlərdən olmuşdur. Eyni zamanda, regionda yerləşən su hövzələrində baş verə biləcək bədbəxt hadisələr zamanı ilkin tədbirlər görülməsi, baş vermiş hadisəyə Dövlət Sularda Xilasetmə Xidmətinin və Regional Mərkəzin əməkdaşlarının birgə, əlaqəli şəkildə cəlb olunması ilə bağlı metodik göstərişlər verilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu