Geri

Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (BRM) ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əhalinin hazırlanması məqsədilə paytaxtın təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Belə tədbirlərdən növbətisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” devizi altında mart ayının 14-də Binəqədi rayonundakı 244 nömrəli məktəbdə keçirilən “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusundakı maarifləndirmə tədbiri olmuşdur.

Tədbirdə Bakı Regional Mərkəzi tərəfindən dəvət edilmiş FHN Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yəhya Abbasov Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və onun təhlükəsizliyi yolunda gördüyü misilsiz xidmətlərdən bəhs etmişdir. Çıxışdan sonra ümummilli lider haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı “Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı isə “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumatlar vermişlər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur bölmələri barədə sənədli film və dəm qazı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Daha sonra zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmişdir. Bu tamaşada dərs prosesində baş vermiş zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları öz əksini tapmışdır.

Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir. Mərkəzin “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları, Tibb Xidmətinin və Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən isə maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, həmçinin, təlim keçmiş itin partlayıcı maddəni tapma prosesi tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu