Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əhalinin hazırlanması məqsədilə paytaxtın təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Belə tədbirlərdən növbətisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” devizi altında fevral ayının 8-də Səbail rayonundakı 239 nömrəli məktəbdə keçirilən “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusundakı maarifləndirmə tədbiri olmuşdur.

Tədbirdə Bakı Regional Mərkəzi tərəfindən dəvət edilmiş FHN Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumat vermişlər.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturuna daxil olan qurumlar barədə sənədli film və dəm qazı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Daha sonra tədbir iştirakçılarına zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmişdir. Bu tamaşada dərs prosesində baş vermiş zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları öz əksini tapmışdır.

Tədbirin gedişində məktəbin yuxarı sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misli görünməmiş xidmətləri ilə bağlı ibtidai hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir. Mərkəzin “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları, Tibb Xidmətinin və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən isə maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, həmçinin, təlim keçmiş itlər tərəfindən partlayıcı qurğunun axtarışı və tapılması tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu