Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

28 fevral 2013-cü ildə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Goranboy rayon Təhsil şöbəsində “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə rayonun təhsil və mədəniyyət işçiləri iştirak etmişdir. Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma təlimatları haqqında tədbir iştirakçıları məlumatlandırılmışdır.

Tədbirdə daha sonra Mərkəz əməkdaşları “Dəm qazından zəhərlənmələr və məişət qazından istifadə zamanı təhlükəsizlik qaydaları”, “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır?” mövzularında ətraflı məlumatlar vermişlər.

Sonda dəm qazı ilə zəhərlənmə halları və məişət qazından istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallara cavab verililmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu