Geri

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi 28 fevral tarixində Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans olmuşdur. Ötən illərdə belə tələbə konfransları Azərbaycan Memarlıq və İnşaat, eləcə də Slavyan universitetlərində böyük uğurla keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin fövqəladə hallar orqanlarının təşəkkül tapmasındakı rolu və gənclər siyasətinə həsr olunan konfransda belə tədbirlərin əhəmiyyətindən bəhs edilmiş, FHN Bakı Regional Mərkəzi və ATGTİ-na təşəkkür bildirilmişdir.

Tədbirdə natiqlər “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”, “Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri aspektləri”, “Xəbərdarsansa - qorunmusan”, “Gənclərin dünya görüşü, fövqəladə hallar müstəvisində”, “Fövqəladə Hallar Nazirliyi orqanlarında gənclərin peşəkar inkişafı. Mövcud vəziyyət və perspektivlər”, “Fövqəladə hallar zamanı gənclərin psixoloji adaptasiya problemləri və onların həlli yolları”, “Fövqəladə hallarda könüllülərin cəlb edilməsi və dünya praktikası” mövzularında çıxış edərək konfrans iştirakçılarına maraqlı məlumatlar vermişlər.

Çıxışlardan sonra “Odlar Yurdu” Universitetinin tələbələri ulu öndər Heydər Əliyevlə bağlı “Dahi” və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” musiqili kompozisiyaları ifa etmiş, ifalar konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Konfrans çərçivəsində, həmçinin, tədbir iştirakçıları üçün “Həyatının təhlükəsizliyi sənin öz əlindədir!” sosial reklam müsabiqəsinin “Sosial foto” nominasiyasında qalib gəlmiş işlərdən ibarət foto-ekspozisiya təşkil edilmişdir.

Konfransın işində Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, ali məktəblərin iş istiqaməti həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan kafedra və fakültələrinin müəllim-professor heyətinin nümayəndələri, gənc müəllim və aspirantlar, FHN, onun qurumları və regional mərkəzlərinin əməkdaşları iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu