Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi fevralın 27-də Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Astara rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları ilə birgə Astara rayon Y.Ağayev adına Artuba və E.Ağayev adına Səncərədi kənd orta məktəblərində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusu çərçivəsində maarifləndirmə tədbirləri keçirmişdir.


Tədbirlərin keçirilməsində əsas məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizimləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin ətraflı məlumatlandırılmasından ibarət olmuşdur.

Təbliğat xarakterli tədbirlərdə Astara rayon Təhsil şöbəsinin nümayəndələri, Artuba və Səncərədi kənd orta məktəblərinin müəllim və şagird kollektivi və valideyinlər iştirak etmişlər.

Tədbirlərdə mərkəz əməkdaşları “Partlayış, yanğın və onlara qarşı təhlükəsizlik tədbirləri”, “Fövqəladə hallarda təcili yardımın göstərilməsi olduqca vacibdir!”, “Dəm qazından ehtiyatlı olun!” və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında çıxış edərək verilən sualları cavablandırmışlar.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.

Daha sonra məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəbin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, dəm qazından zəhərlənmə hallarının yaranma səbəblərinə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu