Geri

FHN Cənub Regional Mərkəzində Xocalı qurbanlarının xatirəsi yad edilib

2013-cü il fevralın 26-da Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə toplantı keçirilmişdir. Tədbirdə Cənub Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Mülki müdafiə qoşunlarının Lənkəran Regional Fövqəladə hallar və mülki müdafiə şöbəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə, Mərkəzin əməkdaşları digər idarə və müəssisələrin rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək gül dəstələri qoymuş, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.

Xocalı soyqırımı nəticəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilmişlər.

Sonra Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi olduğu qeyd edilmişdir.

Xocalıda törədilən soyqırıma bugünədək beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilmədiyi bildirilmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasətindən nəticə çıxararaq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli işlər görülməsinin vacibliyi vurğulanmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu