Geri

FHN Qarabağ Regional Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümü münasibəti ilə toplantı keçirilmişdir

25 fevral 2013-cü il tarixində FHN Qarabağ Regional Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümü münasibəti ilə toplantı keçirilmişdir. Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra iclas öz işinə başlamışdır. Tədbirdə ermənilərin daim hədəfində olan Azərbaycan torpaqlarının və vətəndaşlarının zaman-zaman faciələrə düçar olmasından, soyqırıma məruz qalmasından bəhs edilmiş, günahkarların gec-tez müttəhimlər kürsüsündə cavab verəcəklərinə əminlik ifadə edilmişdir.

Toplantıda Qarabağ müharibəsi veteranı Oruc Cabbarov çıxış edərək canlı şahidi olduğu Xocalı soyqırımının həqiqətlərini bölüşmüş, erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə danışmışdır.

Tədbirdə digər natiqlər öz çıxışlarında Xocalı soyqırımının müasir dünya tarixinin ən dəhşətli faciələrindən olduğunu bildirmişlər.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu