Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 20 fevral 2013-cü il tarixində Şəki Mərkəzi Rayon Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” və “Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi” mövzularında nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən Dəm qazından zəhərlənmənin qarşısının alınmasında təbliğatın rolu”, “Qazdan istifadə zamanı təhlükəsizlik norma və qaydaları”, “Fövqəladə hal və mülki müdafiə”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə baş verən yanğınlar və partlayışlar zamanı xilasedicilər gələnə qədər zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və onların hadisə zonasından çıxarılması”, “Rayonun çoxmərtəbəli və fərdi yaşayış evlərindəki qaz təsərrüfatında təhlükəsizlik tədbirlərinin mövcud vəziyyəti” mövzularında ətraflı məlumatlar verilmiş, o cümlədən dəm qazı haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbirdə, eyni zamanda, FHN-in nümayəndələri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxana binasında şərti yanğın zamanı xəstələrin və digər yaralıların təxliyyə olunması, binanın yuxarı mərtəbələrində çıxılmaz vəziyyətdə qalanların pəncərələrdən xüsusi alət və avadanlıqlar vasitəsilə xilas edilməsi, yaralılara ilkin tibbi yardım göstərilməsi, yanğının söndürülməsi və lokallaşdırılması tədbirləri nümayiş olunmuşdur.

Tədbirə Şəki rayon Təcili Tibbi Yardım Stansiyasının kollektivi iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu