Geri

FHN Dövlət Sularda Xilasetmə Xidməti Aran Regional Mərkəzində nəzəri və praktik tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti (Xidmət) 13 fevral 2013-cü il tarixində Aran Regional Mərkəzinin inzibati binasında Mərkəz əməkdaşlarının iştirakı ilə “Aran” dalğıc-axtarış qrupu, “Mingəçevir”, “Yevlax” “Qəbələ” sularda xilasetmə məntəqələrinin əməkdaşları ilə tədris-metodiki toplantı keçirmişdir.

Tədris-metodiki toplantı təsdiq olunmuş tədris proqramına uyğun olaraq Xidmətin mütəxəssisləri tərəfindən keçirilmişdir.

Tədbir 14-15 fevral 2013-cü il tarixlərində qeyd olunan sularda xilasetmə məntəqələrinin dislokasiya ərazilərində praktiki məşğələlər təşkil edilməklə davam etdirilmişdir.

Tədris-metodiki toplantının əsas məqsədi Хidmətin strukturunа dахil оlаn
dаlğıc-ахtаrış qrupu, хilаsеtmə məntəqə, pоst rəislərinə yаy çimərlik mövsümünün yеkunu, iş zаmаnı аşkаr оlunmuş nöqsаnlаrın аrаdаn qаldırılmаsı yоllаrı, regional mərkəzlərlə qarşılıqlı fəaliyyətin təşkili və növbəti çimərlik mövsümünə hаzırlıqlа əlаqədаr görüləcək işlərin daha da səmərəli şəkildə həyata keçirilməsinə həsr olunmuşdur. Həmçinin, struktur bölmələrin əməkdаşlаrınа Хidmətin ümumi
nizаm-intizаm və dаvrаnış qаydаlаrının аşılаnmаsını, sudа bədbəхt hаdisələrin qаrşısının аlınmаsı məqsədilə əhаli аrаsındа təbliğаt işinin аpаrılmаsını,
hüquqi-nоrmаtiv sənədlərin öyrənilməsi, növbətçiliyin təşkili, təhkim еdilmiş хüsusi хilаsеtmə tехnikа və аvаdаnlıqlаrdаn, su аltınа еnmə vаsitələrindən mükəmməl istifаdə еdilməsini, onların istismаrа hаzır vəziyyətdə sахlаnmаsını və tехniki rеqlаmеnt işlərinin аpаrılmаsı qаydаlаrını çаtdırmаqdır. Eyni zamanda, regionda yerləşən su hövzələrində baş verə biləcək bədbəxt hadisələr zamanı ilkin tədbirlər görülməsi, baş verən hadisəyə Dövlət Sularda Xilasetmə Xidmətinin və Regional Mərkəzin əməkdaşlarının birgə, əlaqəli şəkildə cəlb olunması ilə bağlı metodik göstərişlər verilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu