Geri

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində seminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində 13-15 fevral 2013-cü il tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin tətbiqinin asanlaşdırılması” mövzusunda seminar keçirilmişdir. Seminarda Almaniyadan olan tikinti hüququ üzrə mütəxəssis Gerd Hagel, Milli Məclis Aparatının nümayəndəsi və Agentliyin struktur bölmələrinin rəhbərləri iştirak etmişdir.

Seminarın ilk günü Almaniyanın tikinti qanunvericiliyi barədə qısa məlumat verilmiş, müqayisəli üsulla Almaniya və Azərbaycanın ərazi planlaşdırması, şəhərsalma sahəsində həyata keçirilən siyasət barədə fikir mübadiləsi aparılmışdır.

Sonra “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi”nin hər bir maddəsi ekspertlər tərəfindən şərh edilmiş, məcəllənin müddəalarının praktikada tətbiqini asanlaşdırmaq üçün tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu