Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

13 fevral 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşlarının “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda keçirdikləri maarifləndirmə tədbirinin bu dəfəki ünvanı Ağdam rayonu, Rzalar kənd orta məktəbi olmuşdur.

Görüşün məqsədi məktəbliləri fövqəladə hallar və təbii fəlakətlər zamanı düzgün davranış qaydaları barədə maarifləndirmək, onların bu sahədə biliklərini artırmaq olmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları “Təbii və texnogen xarakterli fövqəladə hallar”, “Dəm qazı ilə zəhərlənmələr insan həyatı üçün təhlükəlidir” və “Zəlzələ” mövzularında çıxışlar etmişlər. Məktəblilərlə fövqəladə halların səbəbləri, növləri, xarakteri və fəsadları barədə söhbət aparılmış, dəm qazı barədə geniş məlumat verilmişdir. İştirakçılara “Dəm qazı nədir? Zəhərlənmə əlamətləri yarandıqda nə etməli?” adlı bukletlər paylanmış, “101” və “112” xidmətləri barədə də məlumatlar verilmişdir.

Tədbirdə rayon Təhsil şöbəsinin, kənd ərazi dairəsinin və kənd bələdiyyəsinin nümayəndəsi, məktəb rəhbərliyi və məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu