Geri

FHN Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 2013-cü il fevral ayının 12-də növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Tovuz rayon İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.

Təbliğat xarakterlı tədbirdə Tovuz rayon Təhsil şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi də iştirak etmişdirr. 

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri fəlakətlər zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini artırmaq, eləcə də dəm qazından zəhərlənmə zamanı davranış qaydalarını izah etmək olmuşdur.

Tədbirdə “Dəm qazı ilə zəhərlənmənin əlamətləri”, “Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım”, “Hansı hallarda FHN-in “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış bukletlər paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video və fotoslaydlar göstərilmiş və göstərilən materiallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir zamanı, həmçinin, zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə Mərkəz əməkdaşları tərəfindən ətraflı məlumat verilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu