Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Ağcabədi şəhərində regional seminar-müşavirə keçirmişdir.

Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi istiqamətində maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 26 dekabr 2013-cü il tarixində Аğcabədi şəhərində regional seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə Qarabağ bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunmuş, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Qarabağ bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin, anbar və bazaların nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə obyekt rəhbərlərinə yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşımaları diqqətlərinə çatdırılmışdır. Müşavirədə ticarət müəssisələrinin bütün işçilərinin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələri xüsusi olaraq vurğulanmışdır.

Seminar-müşavirədə ticarət müəssisələrində ərazinin, bina və otaqların saxlanılması və elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismar zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqda ətraflı söhbət açılmış, müvafiq maarifləndirmə işləri aparılmışdır.

Müşavirədə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilmişdir ki, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.

Seminar-müşavirədə ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən «Ticarət müəssisələrində yanğın təhlükəsizliyi» adlı video-stend nümayiş etdirilmiş, həmçinin, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış eyni adlı yaddaş kitabçası metodik vəsait kimi yerlərdə yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün ticarət müəssisələrinin nümayəndələrinə çatdırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu