Geri

Yanğınlar və dəm qazı zəhərlənmələri ilə mübarizə davam edir.

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.

Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi növbəti belə tədbir dekabr ayının 26-da Xəzər Rayon İcra Hakimiyyətində keçirilmişdir.

Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları müvafiq olaraq “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşının çıxışı zamanı rayon ərazisində yanğınsöndürən avtomobillərin hərəkətinə mane olan dirəklərin və şlaqbaumların, eləcə də istifadəyə yararsız su hovuzlarının olduğu məkanlar fotoşəkillər vasitəsilə nümayiş etdirilmişdir.

Çıxışlar zamanı mövcud olan problemlər səsləndirilmiş, onların həlli istiqamətində görülməli olan işlər barədə məlumat verilmişdir.

Müşavirənin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video-materiallar nümayiş olunmuşdur. Çıxışlar interaktiv formada elektron vasitələrin köməyi ilə təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu