Geri

Dövlət Yanğın Nəzarəti Xİdməti Yeni İl şənlİklərİ İlə əlaqədar monitorinqlər keçirir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günləri ərəfəsində əhalinin kütləvi toplaşdığı yerlərdə, təhsil və mədəniyyət müəssisələrində, şadlıq saraylarında, restoranlarda, əyləncə mərkəzlərində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan amillərin aradan qaldırılması və həmin obyektlərdə yanğına qarşı tədbirlərin görülməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərində və bölgələrdə monitorinqlər keçirir. Bayram şənlikləri keçiriləcək obyektlərdə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə keçirilən monitorinqlərdə yanğına qarşı tədbirlərin icrasına, o cümlədən obyektlərin yanğına qarşı su təchizatı ilə, ilkin yanğınsöndürən alət və vasitələrlə təmin olunmasına diqqət yetirilir və obyektlərdəki avtomatik yanğın xəbərverici siqnalizasiya və söndürmə qurğularının işlək vəziyyətdə olmasının, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab verməsinin vəziyyəti yoxlanılır.

Monitorinqlər zamanı obyekt rəhbərlərinin diqqətinə çatdırılır ki, obyektlərə yanğından mühafizə texnikalarının sərbəst yaxınlaşması üçün şərait yaradılmalı, yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə yolları maneələrdən təmiz və daim açıq vəziyyətdə saxlanılmalıdır.

Dövlət Yanğın Nəzarəti Xidməti bayram şənlikləri keçirilən obyektlərdə insanların tələb olunan normadan artıq toplanmasını, pəncərələrə dəmir barmaqlıqların quraşdırılmasını, ən azı, iki çıxış yollarının mövcud olmadığı, həmçinin, inzibati binaların 2-ci mərtəbəsindən yuxarı, eləcə də iki və daha çox ehtiyat çıxışı olmayan məkanlarda keçirilməsini, tədbirlər zamanı pirotexniki vasitələrdən, şamlardan və digər yanar əşyalardan, həmçinin, standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunmasını qadağan etmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günləri ərəfəsində bayram tədbirlərinin keçirildiyi obyektlərdə DYNX-nin əməkdaşları tərəfindən növbətçilik təşkil edilmiş, xidməti ərazidə yanğına qarşı təbliğat işləri gücləndirilmiş, yerli mətbu orqanlar müvafiq maarifləndirici materiallarla təmin edilmişdir. Xidmət tərəfindən bayramla əlaqədar tədbirlərin keçirildiyi obyektlərdə 3 adda yanğına qarşı təbliğat xarakterli plakatlar asılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu