Geri

Məktəblərdə maarifləndirmə tədbirləri davam etdirilir.

Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 24 dekabr 2013-cü il tarixində Gəncə şəhər V.Veysalov adına 30 saylı tam orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir “Məktəblərdə qış ayları zamanı təhlükəsizlik qaydaları” adı altında iki hissədən ibarət olmuşdur.

Birinci hissədə dəm qazı, yanğın, partlayış, tüstü zəhərlənməsi, qaz cihazlarının düzgün istifadə qaydası və digər fəlakətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərdən bəhs olunmuşdur. Həmçinin, qarşıdan gələn “Yeni il” şənliklərində pirotexniki oyuncaqlardan istifadə olunmaması, küknar ağacının bəzədilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, tezalışan oyuncaqlardan istifadə edilməməsi, küknar ağacının işıqlarının nəzarətsiz qoyulmaması tövsiyə olunmuşdur.

Tədbirdə fotoslayd və videofilmlər nümayiş etdirilmişdir. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilmişdir.

Tədbirin praktiki mərhələsində məktəbin həyətində şagirdlərə Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən komplektləşdirilmiş xilasedici avadanlıqları və dəm qazından zəhərlənənlərə ilkin tibbi yardım qaydaları əyani nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu