Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran və Cəlilabad şəhərlərində regional seminar-müşavirələr keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə çalışanları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə 17-18 dekabr 2013-cü il tarixlərində Lənkəran və Cəlilabad şəhərlərində seminar-müşavirələr keçirmişdir.

Seminar-müşavirələrdə cənub bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunmuş, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Cənub bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin, anbar və bazaların nümayəndələrinin iştirak etdiyi seminar-müşavirələrdə yanğın təhlükəsizliyi qaydalarının müvafiq tələbləri haqqında ətraflı məlumat verilmiş, obyekt rəhbərlərinin diqqətinə çatdırılmışdır ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyırlar. Müşavirələrdə ticarət müəssisələrinin bütün işçilərinin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələri xüsusi olaraq vurğulanmışdır.

Müşavirələrdə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilmişdir ki, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.

Seminar-müşavirələrdə ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən «Ticarət müəssisələrində yanğın təhlükəsizliyi» adlı videostend nümayiş etdirilmiş, həmçinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış eyni adlı yaddaş kitabçası metodik vəsait kimi yerlərdə yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün ticarət müəssisələrinin nümayəndələrinə paylanılmışdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu