Geri

FHN Bakı Regional Mərkəzində Beynəlxalq Uşaq Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

Cari il noyabr ayının 4-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində Mərkəzin şəxsi heyətinin iştirakı ilə “20 noyabr – Beynəlxalq uşaq hüquqları günüdür” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

Tədbirdə dünyada və Azərbaycanda uşaq hüquqlarının təmin olunması və müdafiəsi sahəsində qəbul olunmuş qanunvericilik Aktları barədə qısa arayış vermişdir. 1989-cu il noyabr ayının 20-də BMT tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”nın uşaq hüquqlarının qorunması ilə bağlı qəbul olunmuş ən mükəmməl sənəd olduğu vurğulanmışdır.

Çıxışdan sonra uşaq hüquqlarından bəhs edən video-təqdimat nümayiş olunmuşdur.

Mərkəzin əməkdaşları “Uşaq Hüquqları Konvensiyası” barədə, eləcə də uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışmışlar.

Rəsmi çıxışlardan sonra keçirilmiş interaktiv müzakirələrdə fəal iştirak edən Mərkəz əməkdaşları mövzu ilə bağlı fikirlərini bildirmiş, uşaqlarla bağlı baş verən fövqəladə hadisələrin, əsasən, valideyn məsuliyyətsizliyi üzündən baş verdiyini qeyd etmişlər.

Tədbirdə qonaq qismində çıxış etmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı belə tədbirlərin əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, valideyn məsuliyyətsizliyi səbəbindən bədbəxt hadisələr baş verir və bu hadisələrin qarşısının alınmasında maarifləndirmə işlərinin böyük əhəmiyyəti var. Natiq vurğulamışdır ki, uşaqların və ümumilikdə ailələrin qorunması istiqamətində dövlət tərəfindən təqdirəlayiq işlər görülmüş və görülməkdədir.

Dəyirmi masada çıxış edən digər qonaq - Ombudsman Aparatının əməkdaşı təmsil etdiyi təşkilatla Bakı Regional Mərkəzinin artıq birgə fəaliyyət təcrübəsinin olduğunu qeyd etmiş və bu tədbirin də təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. O, qeyd etmişdir ki, həm qanunvericilik baxımından, həm də dövlət uşaq siyasəti sahəsində xeyli müsbət addımlar atılmış və uşaq hüquqlarının qorunması istiqamətində işlər hələ də davam etdirilir.

Müzakirələrdən sonra Azərbaycanda uşaqlara göstərilən qayğı və məhəbətdən bəhs edən musiqili videoçarx nümayiş olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu