Geri

FHN Muğan Regional Mərkəz növbəti maarifləndirmə tədbirini keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları 4 noyabr 2013-cü il tarixində Sabirabad rayonu Mürsəlli kənd orta məktəbində payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Muğan Regional Mərkəzi tərəfindən keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti və “112” zəng mərkəzi haqqında tədbir iştirakçılarının nəzərinə ümumiləşdirilmiş məlumatlar çatdırılmışdır. Daha sonra Regional Mərkəzin əməkdaşları yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları haqqında plakat-slaydlar vasitəsilə məktəbin müəllim və şagird kollektivinə geniş məlumat vermiş, fövqəladə hallar zamanı davranış qaydaları barədə çıxış etmişlər.

Yekunda Mərkəzin əməkdaşları müəllim və şagird kollektivinin suallarını cavablandırmışlar.  

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu