Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti ticarət müəssisələrinin rəhbər işçiləri ilə seminar-müşavirələr keçirir

Respublikamızın yeraltı və yerüstü sərvətlərinin, ən başlıcası isə insanların həyatının fövqəladə hallardan, o cümlədən yanğın təhlükəsindən qorunması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qabaqlayıcı tədbirlərini davam etdirərək ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə sözügedən sahəni təmsil edən rəhbər işçilərlə seminar-müşavirələr keçirir.

Seminar-müşavirələrdə qeyd olunur ki, ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını bütün işçilər dəqiq bilməli və bunları ciddi yerinə yetirməli, yanğın və alışma törədə bilən hərəkətlərə yol verilməməlidir. Obyekt rəhbərlərinin diqqətinə çatdırılmışdır ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyırlar.

Seminar-müşavirələrdə ticarət müəssisələrində  ərazinin, bina və otaqların saxlanılması və elektrik, havalandırma, isitmə, tüstüyə qarşı qurğuların istismar zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqda ətraflı söhbət açılır, müvafiq maarifləndirmə işləri aparılır.

Müşavirələrdə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyi xüsusi qeyd olunur.  

Seminar-müşavirələrdə isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsinin vacibliyinə də diqqət yetirilir.

Seminar-müşavirələrdə iştirak edən ticarət müəssisələrinin nümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası metodik vəsait kimi paylanılır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu