Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 27 noyabr 2013-cü il tarixində İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Məktəbin müəllim və şagird kollektivinin, texniki işçilərinin cəlb olunduğu tədbirdə Rayon Təhsil şöbəsinin əməkdaşı, Talıstan kənd inzibati ərazi nümayəndəliyinin əməkdaşları, kənd bələdiyyəsinin sədri və əməkdaşları da iştirak etmişlər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən çıxışlar olmuşdur. Dinləyicilərə Fövqəladə Hallar Nazirliyi, Şimal-qərb Regional Mərkəzi, baş verə biləcək hadisələrin qarşısının alınmasında, hadisələr zamanı davranış qaydalarına düzgün əməl edilməsində təbliğatın rolu, mülki müdafiə, zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli, yanğınlar, partlayışlar, zəhərlənmə təhlükəsindən mühafizə, təhsil müəssisələrindəki emalatxanalarda, qazanxanalarda, elektrik enerjisi sahəsindəki təhlükəsizlik tədbirləri haqqında, dəm qazından zəhərlənmələr, ondan qorunma üsulları, “112” zəng xidməti haqqında geniş məlumatlar verilmişdir.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə dəm qazı zəhərlənmələri, zəlzələ vaxtı, ondan əvvəl və sonra davranış haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbirin sonunda kənd inzibati ərazi nümayəndəsi Sihət Şirəliyev çıxış edərək bir daha ərazi üçün xarakterik olan təbii fəlakətlər, çox zaman ehtiyatsızlıq ucbatından baş verən texnogen qəzalar haqqında danışmış və baş verə biləcək bu kimi hallardan qorunmaq üçün ilk növbədə fövqəladə hallarda davranış qaydalarını bilməyin vacibliyini qeyd etmişdir.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Mingəçevir SES silsiləsi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu