Geri

FHN Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 26 noyabr 2013-cü il tarixində Gəncə şəhər 28 saylı orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir “Məktəblərdə qış ayları zamanı təhlükəsizlik qaydaları” adı altında iki hissədən ibarət olmuşdur. Birinci nəzəri hissədə, yanğın, partlayış, dəm qazından zəhərlənmə və digər hadisələrin qarşısını alınması məqsədi ilə profilaktik tədbirlərdən bəhs olunmuşdur. Həmçinin, qarşıdan gələn “Yeni il” şənliklərində pirotexniki oyuncaqlardan istifadə olunmaması, küknar ağacının bəzədilməsi zamanı təhlükəsizlik qaydalarının riayət edilməsi, tezalışan oyuncaqlardan istifadə edilməməsi, küknar ağacının işıqlarının nəzarətsiz qoyulmaması tövsiyə olunmuşdur. Tədbirdə fotoslayd və videofilmlər nümayiş olunmuşdur. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilmişdir.

Tədbirin praktiki mərhələsində məktəbin həyətində şagirdlərə Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən komplektləşdirilmiş xilasedici avadanlıqları və dəm qazından zəhərlənənlərə ilkin tibbi yardım qaydaları əyani nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu