Geri

FHN Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 22 noyabr 2013-cü il tarixində Samux şəhəri 2 saylı orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir “Məktəblərdə qış ayları zamanı təhlükəsislik qaydaları” adı altında iki hissədən ibarət olmuşdur. Birinci-nəzəri hissədə dəm qazı, yanğın, partlayış, tüstü zəhərlənməsi, qaz cihazlarının düzgün istifadə qaydası və hadisələrin qarşısını alınması məqsədiylə proflaftik tədbirlərdən bəhs olunmuşdur. Həmçinin, qarşıdan gələn “Yeni il” şənliklərində pirotexniki oyuncaqlardan istifadə olunmaması, küknar ağacının bəzədilməsi zamanı təhlükəsislik qaydalarının riayət etmək, tezalışan oyuncaqlardan istifadə etməmək, küknar ağacının işıqlarını diqqətsiz qoymamaq tövsiyə olunmuşdur. Tədbirdə fotoslayd və videofilmlər nümayiş olunmuşdur. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Eləcə də, şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilmişdir.

Tədbirin praktiki mərhələsində məktəbin həyətində şagirdlərə Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən komplektləşdirilmiş xilasedici avadanlıqları və dəm qazından zəhərlənənlərə ilkin tibbi yardım qaydaları əyani nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Mingəçevir SES silsiləsi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu