Geri

FHN Cənub Regional Mərkəzi Lənkəran rayonunda maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 21 noyabr 2013-cü il tarixində Lənkəran rayonunun M.Həmzəyev adına Səpnəkəran və Şürük kənd orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir!” mövzusu çərçivəsində maarifləndirmə tədbirləri keçirilmişdir.

Tədbirlərin keçirilməsində əsas məqsəd əhalini, xüsusilə də uşaqları təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini daha da artırmaq, eləcə də məişətdə, təhsil müəssisələrində elektrik və qaz cihazlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə nail olmaqdır.

Təbliğat xarakterli tədbirlərdə Lənkəran rayonunun Təhsil şöbəsinin nümayəndələri, Lənkəran rayonunun Şürük və Səpnəkəran kənd ümumi orta məktəblərinin müəllim, şagird kollektivləri, eləcə də valideynlər iştirak etmişlər.

Tədbirlərdə Mərkəzin əməkdaşları “Sel və daşqınlar zamanı təhlükəsizlik tədbirləri”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri, karbon-monoksid qazı ilə zəhərlənmələr vaxtı ilkin yardım”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları” və “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxış edərək tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışlar.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirlərdə, həmçinin, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Hansı hallarda FHN-in “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?” və “Odla oynamaq təhlükəlidir” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı fotoslaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına əyani şəkildə göstərilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu