Geri

FHN Şimal Regional Mərkəzi nəzəri–praktiki maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları Quba rayonu II Nügədi kənd 3 saylı orta məktəbdə “Fövqəladə hal zamanı özünü necə aparmalı” mövzusunda nəzəri–praktiki maarifləndirmə tədbiri keçirmişdir. Keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Şimal Regional Mərkəzinin əməkdaşları ilə yanaşı Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional İdarəsinin, Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları və Quba rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Şimal Regional Mərkəzinin əməkdaşları tədbirin məqsəd və məramını açıqlamış, son vaxtlar respublikamızda baş vermiş yanğın hadisələri, nəqliyyat qəzaları, dəm qazından boğulma halları zamanı həlak olanların və xəsarət alanların sayı haqqında məlumat vermiş və tədbir iştirakçılarını həyat fəaliyyətlərində daha diqqətli olmağa çağırmışlar.

Daha sonra fövqəladə halların növləri, qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə zamanı davranış qaydaları barədə geniş məlumatlar verilmişdir.

Tədbirin praktiki hissəsində Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğından mühafizə qaydaları üzrə təlimat verilərək, onlara yanğın zamanı davranış qaydaları, yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə vasitələri, xilasetmə alət və avadanlıqları, Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən isə ilkin tibbi yardımın necə göstərilməsi nümayiş olunmuşdur.

Tədbirin sonunda müəllim və şagirdlər tərəfindən ünvanlanmış suallar ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu