Geri

FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları noyabrın 20-də Şirvan şəhəri A.Hüseynov adına 4 saylı orta məktəbində payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirmək, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti və “112” zəng mərkəzi haqqında ümumiləşdirilmiş məlumatlar çatdırmışlar. Daha sonra yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları haqqında plakat-slaydlar vasitəsilə geniş məlumat verilmişdir. Tədbirin gedişatında şagirdlər üçün maarifləndirici vəsaitlər paylanılmışdır.

Yekunda müəllim və şagirdlərin sualları Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmış və bununla da tədbirə yekun vurulmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu