Geri

FHN Cənub Regional Mərkəzi dəyirmi masa keçirmişdir

20 noyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Masallı rayon İcra Hakimiyyəti və Masallı rayon Gənclər və İdman İdarəsi ilə birgə Masallı rayon Gənclər Mərkəzində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd regionda baş verə bilən təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və mülki müdafiə işinin təşkili, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi üsulları, eləcə də qaz və elektrik cihazlarından istifadə zamanı yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması sahəsində əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi olmuşdur.

Tədbirin gündəliyinə əsasən, natiqlər “Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması”, “Kimyəvi zəhərlənmə təhlükəsi və əhalinin davranış qaydaları”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış formaları”, “112” zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq” mövzularında çıxış edərək verilən sualları cavablandırmışlar.

Tədbir zamanı aşma təhlükəsi olan irigövdəli ağacların, avtomobil və dəmir yollarının, su obyektlərinin, hidrotexniki qurğuların, yüksək gərginlikli elektrik hava ötrücü xətlərinin, yanacaq və maye qaz doldurma məntəqələrinin, su və qaz kəmərlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması haqqında əhali arasında maarifləndirmə işlərinin aparılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətlərində Mərkəz ilə rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr arasında sıx qarşılıqlı əlaqələrin vacibliyi bir daha qeyd olunmuşdur.

Tədbirin sonunda “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu